İdman
“Azərbaycanla futbol yox, sanki həndbol oynayırdıq” - Norveçin baş məşqçisi
Norveçin U-21 yığmasının baş məşqçisi Leif Qunnar Smerud Avropa çempionatı-2019-un seçmə qrup mərhələsində Azərbaycanla oyun barədə fikirlərini bölüşüb.
Milli.Az sport24.az-a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis qarşılaşmanı həndbol matçıyla müqayisə edib:
"Daim müdafiədə oturan rəqibə qarşı oynayırdıq. İki dəfə irəliyə atıldılar və bunlardan biri penalti ilə nəticələndi. Məndə belə təəssürat yaranırdı ki, həndbol oynayırıq - daim onların cərimə meydançası həndəvərində olurduq, lakin fərqlənə bilmirdik. Hesab edirəm ki, daha çox qol vurmalı idik".
Qeyd edək ki, Norveç və Azərbaycanın U-21 yığmalarının qarşılaşması 1:1 hesabı ilə başa çatıb.
Milli.Az