İdman
Arda Turan məşhur müğənni ilə dalaşdı, burnunu qırdı
"Başakşəhər"in futbolçusu Arda Turan müğənni Berkayla dalaşıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulda gecə klublarından birində baş verib. Futbolçu ilə müğənninin arasında mübahisə baş verib. Daha sonra isə mübahisə böyüyüb və davaya çevrilib Arda tanınmış ifaçının burnunu qırıb.
Bu hadisədən sonra Berkay və arvadı gecə klubnu tərk edib xəstəxanaya gediblər. Arda Turan isə məkanda qalıb.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Elçin
Milli.Az