İdman
Almeydaya Reynaldonun komandası ilə oyunda şans verilmədi
Qazaxıstan Premyer Liqasında 29-cu turun oyunları keçirilir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin üzvü, "Qarabağ"ın sabiq futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Astana" səfərdə "Aktobe"nin qonağı olub.
Oyun "Astana"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Almeydaya bu oyunda şans verilməyib. Meydan sahiblərinin hücumçusu, "Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva isə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Astana" 70 xalla liderdir. "Aktobe" isə 36 xalla 6-cı pillədə qərarlaşıb.
Milli.Az