İdman
Almeyda ehtiyatda qaldı
Qazaxıstan çempionatında 31-ci turun oyunları keçirilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın çıxış etdiyi "Astana" da növbəti matçına çıxıb.
Paytaxt təmsilçisi səfərdə "Tobol" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Almeyda bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, "Astana" hazırda 71 xalla 12 iştirakçı arasında vahid liderdir. Paytaxt təmsilçisi sona üç tur qalmış çempionluğu təmin edib.
Milli.Az