İdman
8-ci turun ən yaxşı oyunçusu məlum oldu - Topaz Premyer Liqası
Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 8-ci turunun ən yaxşı oyunçusu məlum olub.
Milli.Az PFL-ə istinadən xəbər verir ki, turun ən yaxşı futbolçusu "Qəbələ"nin hücumçusu Stiven Monrozdur. "Neftçi"yə qarşı keçirilən oyunda fransız futbolçu 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Monroz turun ən yaxşı indeksə malik futbolçusudur.
Milli.Az