İdman
"Zirə" və "Səbail"in legionerləri Moldova millisinə dəvət aldılar
"Zirə"nin hücumçusu Aleksandr Dedov və "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.
Milli.Az xəbər verir ki, bu barədə federasiya məlumat yayıb. Hər iki oyunçu UEFA Millətlər Liqasının D Divizionun II qrupunda San Marino və Belarusla keçiriləcək görüşlər üçün yığmaya çağırılıblar.
2 turdan sonra 1 xalı olan Moldova yığması oktyabrın 12-də evdə San Marino, 3 gün sonra isə səfərdə Belarusla qarşılaşacaq.
Milli.Az