İdman
"Yuventus"un sabiq futbolçusu "Zenit"ə KEÇDİ
"Zenit" "Yuventus"dan ayrılan Klaudio Markizionu transfer edib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 25 ilini "Yuventus"da keçirən Markizio bu yay klubdan ayrılmışdı. O, Turin təmsilçisi ilə 7 dəfə İtaliya çempionluğu, 4 dəfə İtaliya Kuboku, 3 dəfə isə İtaliya Superkubokunu qazanıb.
Milli.Az