İdman
"Yenidən uğur qazanmaq üçün çox çalışmalıyıq" - "Arsenal"ın futbolçusu
"Unay Emerinin Arsen Vengeri əvəzləməsi "Arsenal" üçün ciddi dəyişiklik oldu. Ona görə də yaxşı nəticə üçün kluba vaxt lazım olacaq. Komandanı uzun müddət Arsen Venger çalışdırdı. Yeni məşqçi və oyunçularla uğurları təkrarlamaq çətin olacaq. Amma biz çox işləməliyik".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın futbolçusu Sokratis Papatatopulos deyib.
O bildirib ki, London təmsilçisi dünyanın ən böyük klublarından biridir: "Düzdür, son illər komanda o qədər də müvəffəqiyyətli deyildi. Yenidən uğur qazanmaq üçün çox çalışmalıyıq".
Qeyd edək ki, "Arsenal" "Qarabağ"ın Avroliqadakı qrup mərhələsindəki rəqiblərindən biridir. Ağdam təmsilçisi oktyabrın 4-ü Bakı Olimpiya Stadionunda London klubunu qəbul edəcək.
Milli.Az