İdman

Türkiyədən möhtəşəm geridönüş, İtaliya uduzdu

Metbuat.az

Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ikinci turun oyunları da üç gün ərzində keçiriləcək.

İlk oyun günündə 8 qarşılaşma baş tutub. Günün ən diqqətçəkən görüşü A Liqası çərçivəsində Fransa və Hollandiya yığmaları arasında keçirilib. Son dünya çempionu olan fransızlar bu görüşdən qalib ayrılıblar.

Azərbaycan millisi də turnirdə ikinci oyununa çıxıb. Komandamız səfərdə Malta ilə qarşılaşıb və bu dəfə də heç-heçə ilə kifayətlənib.

Maraqla gözlənilən oyunlardan biri Türkiyə millisi ilə İsveç arasında olub. Beş qolun qeydə alındığı bu oyunda Türkiyə inanılmaz əzmkarlıq nümayiş etdirməklə fantastik qələbəyə imza atıb.

Portuqaliya - İtaliya qarşılaşması da azarkeşlərin maraqla gözlədiyi görüşlərdən biri idi. İlk turda 1 xalla kifayətlənən italyanlar bu oyunda da məğlubiyyətlə üzləşiblər.

Millətlər Liqası

A Liqası

1-ci qrup

9 sentyabr

Fransa - Hollandiya 2:1

Qol: Mbappe, 14. Jiru, 75 - Babel, 67.

2-ci qrup

11 sentyabr

22:45. İslandiya - Belçika

3-cü qrup

10 sentyabr

Portuqaliya - İtaliya 1:0

Qol: A.Silva, 48.

4-cü qrup

11 sentyabr

22:45. İspaniya - Xorvatiya

B Liqası

1-ci qrup

9 sentyabr

Ukrayna - Slovakiya 1:0

Qol: Yarmolenko, 80-pen.

2-ci qrup

10 sentyabr

İsveç - Türkiyə 2:3

Qol: Telin, 35. Klaesson, 49 - H.Çalhanoğlu, 51. E.Akbaba, 88; 90.

3-cü qrup

11 sentyabr

22:45. Bosniya və Hersoqovina - Avstriya

4-cü qrup

9 sentyabr

Danimarka - Uels 2:0

Qol: Eriksen, 32; 63-pen.

C Liqası

1-ci qrup

10 sentyabr

Şotlandiya - Albaniya 2:0

Qol: Cimşiti, 47-öz qapısına. Neysmit, 68.

2-ci qrup

11 sentyabr

22:45. Finlandiya - Estoniya
22:45. Macarıstan - Yunanıstan

3-cü qrup

9 sentyabr

Bolqarıstan - Norveç 1:0

Qol: Vasilyev, 58.

Kipr - Sloveniya 2:1

Qol: Sotiriu, 69. Stoyanoviç, 88-öz qapısına - Beriç, 54.

4-cü qrup

10 sentyabr

Monteneqro - Litva 2:0

Qol: Saviç, 34. Yankoviç, 35.

Serbiya - Rumıniya 2:2

Qol: Mitroviç, 26; 63 - Stanku, 48-pen. Tukudan, 68.

D Liqası

1-ci qrup

9 sentyabr

Gürcüstan - Latviya 1:0

Qol: Okriaşvili, 77-pen.

10 sentyabr

Andorra - Qazaxıstan 1:1

Qol: Alaez, 86 - Loqvinenko, 68.

2-ci qrup

11 sentyabr

22:45. Moldova - Belarus
22:45. San Marino - Lüksemburq

3-cü qrup

10 sentyabr

Kosovo - Farer adaları 2:0

Qol: Zeneli, 50. Nuhiu, 54.

Malta - Azərbaycan 1:1

Qol: Aqius, 10-pen - T.Xəlilzadə, 26.

4-cü qrup

9 sentyabr

Makedoniya - Ermənistan 2:0

Qol: Alioski, 13-pen. Pandev, 59.

Lixtenşteyn - Cəbəllütariq 2:0

Qol: Salanoviç, 32. Vizer, 72.