İdman

Tayson Nurmaqomedov-Makqreqor döyüşündən danışdı

Metbuat.az

Boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Tayson rusiyalı Həbib Nurmaqomedovun irlandiyalı Konora Makqreqora qarşı döyüşündə Nurmaqomedova üstünlük verdiyini bildirib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tayson fikri Yekaterinburqda mətbuat konfransında söyləyib.

Tayson deyib: "Həbib mənim xoşuma gəlir, mən ona azarkeşlik edirəm və onu dəstəkləyirəm. Amma Makqreqor da hələ "canısuludur". Bu mürəkkəb, gərgin döyüş olacaq".

Nurmaqomedov - Makqreqor döyüşü oktyabrın 6-da Las-Veqasda olacaq. Bu döyüşdə boks üzrə yüngül çəkidə mütləq çempion titulu uğrunda mübarizə aparılacaq. Hazırda bu titulun sahibi Nurmaqomedovdur.

Milli.Az