İdman

Slaven Biliçin yeni iş yeri müəyyənləşdi

Metbuat.az

Slaven Biliçin yeni iş yeri müəyyənləşib.

Milli.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunu çalışdıracaq. Tərəflər arasında müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində"Hayduk",  Xorvatiya millisi, "Lokomotiv" və "Beşiktaş"ı çalışdırıb. Biliçin son iş yeri İngiltərənin "Vest Hem" klubu olub.

Milli.Az