İdman

"Sarri Konte və Mourinyodan fərqlidir" - Eden Hazard

Metbuat.az

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard Premyer Liqanın 4-cü turunda "Bornmut"u 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu yeni baş məşqçi Mauritsio Sarrinin Antonio Konte və Joze Mourinyodan fərqli olduğunu deyib:

"Topa sahib olmağı sevirəm. Meydanın bizə aid olan hissəsində deyil, rəqib tərəfdə topa hakim olmaq istəyirəm. Sarrinin taktikasını bəyənirəm. O, Konte və Mourinyodan fərqlidir. Artıq topa daha çox sahib oluruq. Yaxşı futbol oynadığımızı düşünürəm. Meydanda oynanılan futboldan zövq alıram. Bunun davam etməsini istəyirəm".

Milli.Az