İdman
Rüfət Dadaşov həftənin ən yaxşısı seçildi
Millimizin sabiq üzvü Rüfət Dadaşov Almaniya 3-cü Bundesliqasında 9-cu turun oyunçusu seçilib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Proyssen"in hücumçusu azarkeşlər arasında keçirilən sorğunun qalibi olub.
O, 5500 səsin 37 faizini toplayıb. "Kayzerslautern"in üzvü Kristian Kühlvetter 34 faiz səslə 2-ci, "Karlsrue"dən Anton Fink isə 17 faiz səslə 3-cü olub. Dadaşov 9-cu turda "Hanza Rostok"a qarşı matçda (4:1) het-trik edib. 29 yaşlı forvard geridə qalan 9 turda 5 qol və 1 məhsuldar ötürmə ilə komandasına fayda verib.
Milli.Az