İdman

Ronaldunun agenti və həmyerlisi hamını qabaqladı

Metbuat.az

2018-ci ildə futbolçu transferlərindən ən çox gəlir əldə edən menecer məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kriştianu Ronaldunun və Joze Mourinyonun menecerliyini edən Jorje Mendeş bu il futbolçu transferlərindən ümumilikdə 86 milyon avro əldə edərək, ən çox qazanan menecer olub.

"Real"ın futbolçusu Qaret Beylin meneceri olan Conatan Barnett 68 milyon avroluq qazancla ikinci, Zlatan İbrahimoviçin və Pol Poqbanın menecerliyini edən Mino Rayola isə 54 milyon avroyla üçüncü olub.

Milli.Az