İdman
Ronaldu rəhbərlikdən 3 cangüdən istədi
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu klub rəhbərliyindən özü və ailəsi üçün ən azı 3 cangüdən işə götürməsini xahiş edib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Qran Madredəki villasının təhlükəsizlik baxımından həssas bölgədə yerləşdiyini nəzərə alaraq, belə bir addım atıb. 33 yaşlı forvard mühafizəçilərdən birini özü, ikincisini ailəsi, üçüncüsünü isə evin daim qorunması üçün istəyib.
Qeyd edək ki, mövsümün əvvəlində "Real"dan "Yuventus"a keçən Ronaldu yeni komandasında 2 rəsmi oyun keçirib, amma qol vura bilməyib.
Milli.Az