İdman
Roberto Karlos karyerasını bərpa etdi
Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos bundan sonra bacarığını futzalda göstərəcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 45 yaşlı veteran müdafiəçi Yaponiyanın "İnkişaf" klubuna keçib.
O, yeni klubunda "Voskuope Senday"a qarşı matçda komandasına qələbə qazandırıb. 2:1 hesablı qələbədə hər iki qolu Karlos vurub.
Qeyd edək ki, karyerası ərzində İtaliyanın "İnter", İspaniyanın "Real" və Türkiyənin "Fənərbaxça" klublarında da çıxış edən R.Karlos 1992-2006-cı illərdə Braziliya millisində oynayıb.
Milli.Az