Riçard Almeyda: "Bizi çətin oyun gözləyir"
"Malta ilə oyun bizim üçün məsuliyyətli məqamdır. Matça yaxşı hazırlaşmışıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə və müsbət nəticə qazanmağa çalışacağıq".
Milli.Az "report"-a istinadən bildirir ki, bunu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
- Rəqib baş məşqçi sizi Azərbaycan millisinin oyun üslubunu müəyyənləşdirən futbolçu kimi göstərdi. Bu barədə nə deyə bilərsiniz?
- Bizi çətin oyun gözləyir. Millidə hamı eyni səviyyədədir. Hər şey məndən asılı deyil. Futbolçular komanda şəklində baş məşqçinin dediklərini edə bilsələr, yaxşı nəticə olacaq.
- "Astana"da özünüzü yaxşı hiss etmədiyiniz və qış fasiləsində komandanı tərk edəcəyiniz deyilir. Bu, doğrudur?
- "Astana"dakı durumumdan razıyam. Mənim xəbərim yoxdur. Siz məndən çox bilirsiniz.
Milli.Az