İdman
"Qarabağ" üçün ağır təqvim - 15 gündə 5 oyun
"Qarabağ"ı sentyabr ayı ərzində ağır oyun qrafiki gözləyir.
Milli.Az xəbər verir ki, Ağdam klubu sentyabrın 15-dən 29-dək olan müddətdə nə az, nə çox, 5 oyuna çıxmalı olacaq.
Bu matçlardan biri Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Sportinq"ə (Lissabon) qarşı olacaq.
Ağdam təmsilçisi 15 gün ərzində 5 oyun keçirməlidi.
"Qarabağ" Premyer Liqanın 3 turundan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb. "Köhlən atlar" bir oyun az keçirib. "Zirə"ylə görüş sentyabrın 26-da keçiriləcək.
Milli.Az