“Qarabağ”ın rəqibini şikayət edəcək - Keçmiş baş məşqçisi
Portuqaliyanın "Sportinq" klubunun keçmiş baş məşqçisi Sinişa Mihayloviç klubu şikayət edəcək.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, buna səbəb serbiyalı mütəxəssisin "Sportinq"dən alacağı 11 milyon və 195 min avro kompensasiyanın ödənməməsidir. Mihayiloviç bu barədə İtaliyanın "La Gazetta dello Sport" nəşrinə müsahibəsində deyib.
"Sportinq" Mihayloviçlə 3 illik müqavilə imzalamışdı. Lakin klub daxilində baş verən olaylardan sonra serbiyalı mütəxəssisin müqaviləsi ləğv edilmişdi. O, cəmi 10 gün klubun "sükanı arxasında" olub.
"Qarabağ" Avropa Liqasının E qrupunda "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Vorskla" (Ukrayna) klublarıyla mübarizə aparacaq.
Təmsilçimiz ilk oyununu səfərdə "Sportinq"ə qarşı keçirəcək. Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək oyun 20 sentyabr saat 23:00-da start götürəcək.
Milli.Az