İdman
"Qarabağ"ın rəqibi qələbə qazandı
Futbol üzrə Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən olan "Vorskla" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Çernomorets"lə qarşılaşıb. "Qarabağ"ın rəqibi Odessa təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.
"Vorskla" 7 oyundan sonra 9 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
"Qarabağ" "Vorskla"ya qarşı ilk oyununu oktyabrın 25-də Bakıda, cavab görüşünü isə noyabrın 8-də səfərdə keçirəcək.
Milli.Az