İdman
"Qarabağ"ın Lissabon planı
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Portuqaliyanın "Sportinq" klubu ilə oyun üçün səfər planı bəlli olub.
Milli.Az xəbər verir ki, Ağdam klubu bu gün Lissabona yola düşəcək. Komanda saat 19:00-da Bakını tərk edəcək. Lissabona eniş gecə 1:55-ə nəzərdə tutulub.
Sabah - sentyabrın 19-da baş məşqçi Qurban Qurbanov saat 21:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 22:00-da qarşılaşmanın keçiriləcəyi "Joze Alvalade" stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Qarabağ" "Sportinq"lə oyundan qısa müddət sonra - sentyabrın 21-i saat 02:55-də Bakıya yola düşəcək.
Milli.Az