İdman

"Qarabağ"ın legioneri milliyə çağırıldı

Metbuat.az

Konqo millisinin Afrika Millətlər Liqasında Liberiya ilə oyunlar üçün heyəti açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Valdo Kandido 39 futbolçuya dəvət göndərib. Onların arasında "Qarabağ"ın yarımmüdafiəçisi Con Delarj da var.

Qeyd edək ki, Konqo yığması Liberiya ilə oktyabrın 11-də evdə, 16-da isə səfərdə qarşılaşacaq.

Milli.Az