İdman

"Qarabağ"ın futbolçusu 90 dəqiqə oynadı, komandası qələbə qazandı

Metbuat.az

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan yığmasında növbəti matçına çıxıb.

Milli.Az xəbər verir ki, onun şərəfini qoruduğu komanda UEFA Millətlər Liqasında Sloveniya yığması ilə qarşılaşıb. C Liqasında 3-cü qrupda yer alan komandaların dueli Bolqarıstan yığmasının səfər qələbəsi ilə başa çatıb - 2:1.

Start heyətdə meydana çıxan Slavçev sonadək oynayıb. "Qarabağ"ın futbolçusu 50-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bolqarıstan yığması növbəti matçını sentyabrın 9-da doğma meydanda Norveçə qarşı keçirəcək.

Milli.Az