İdman
"Qalatasaray" liderliyə yüksəldi
Türkiyə superliqasında 7-ci tura start verilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün 1 matç keçirilib. "Qalatasaray" "Erzurumspor"u qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qalatasaray" - "Erzurumspor" - 1:0
Qol: Maykon, 74
Bu qələbə ilə xalını 15-ə yüksəldən İstanbul klubu liderliyə yüksəlib. 6 oyun keçirən "Başakşəhər" 13 xalla 2-ci, "Kasımpaşa" 12 xalla 3-cüdür.
Milli.Az