İdman

Premyer Liqa: açılış oyununda son iki mövsümün debütantları üz-üzə gəlib - FOTO

Metbuat.az

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

Milli.Az "report"-a istinadən bildirir ki, açılış oyununda son iki mövsümün debütantları "Səbail" və "Sabah" komandaları üz-üzə gəlib.

"Bayıl Arena"da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.

Bu nəticədən sonra xallarını 10-a çatdıran "Sabah" "Neftçi"nin liderliyinə şərik çıxıb. Xallarını 5-ə çatdıran "Səbail" isə 4-cü pilləyə yüksəlib.

Tura sentyabrın 23-də "Keşlə" - "Sumqayıt" və "Qarabağ" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

Milli.Az