İdman

Nazarovun komandası 3 qolla qalib gəldi

Metbuat.az

Almaniya II Bundesliqasında 5-ci turun oyunları keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" doğma meydanda "Sankt Pauli" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Nazarov görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

"Ersgebirge" hazırda 4 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Milli.Az