İdman

"Mançester Yunayted"dən gözlənilməz məğlubiyyət

Metbuat.az

İngiltərə Liqa Kubokunda 3-cü mərhələnin oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, "Mançester Yunayted" doğma meydanında Çempionşip təmsilçisi "Derbi" ilə qarşılaşıb. Matçda gözlənilməz nəticə qeydə alınıb. Belə ki, qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da hesab dəyişməyib.

Penalti zərbələrində isə qonaq komanda daha dəqiq çıxış edərək turu adlayan tərəf olub.


Qeyri-sabit hava sentyabrın 28-dək davam edəcək - Oxumaq üçün tıkla