İdman

"Mançester Siti" İngiltərəni utandırdı - ANTİREKORD

Metbuat.az

UEFA Çempionlar Liqasının qrup mərhələsinə məğlubiyyətlə başlayan "Mançester Siti" İngiltərə futbolunda antirekorda imza atıb.

Milli.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında ötən mövsümü rekord xalla çempion olaraq tamamlayan, ÇL-in cari mövsümünün ən böyük favoritlərindən göstərilən MS bu ümidləri doğrultmayıb. Doğma meydanda Fransanın "Lion" klubuna 1:2 hesabıyla uduzan "şəhərlilər", həm də, qitənin ən nüfuzlu klub turnirində ardıcıl 4 məğlubiyyətlə üzləşən ilk İngiltərə klubuna çevrilib.

Xatırladaq ki, MS ötən mövsüm "Bazel"ə 1:2 hesabıyla uduzduğu 1/8 final matçının ardından 1/4 finalda da "Liverpul"a hər iki oyunda məğlub olaraq, mübarizəni dayandırmışdı. (publika.az)

Milli.Az