İdman

Klopp 600-ə çatdı

Metbuat.az

"Liverpul"un baş məşqçisi Yurqen Klopp beynəlxalq çempionatlarda 600-cü oyununu keçirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytı məlumat verib. Xəbərdə Kloppun "Liverpul"un "sükanı arxasında" "Sautqempton"a qarşı keçirdiyi oyunun onun məşqçi karyerasında 600-cü matçı olduğu qeyd olunub.

Daha əvvəl "Maynts"ı və Dortmund "Borussiya"sını, hazırda "Liverpul"u çalışdıran alman mütəxəssis, 600 oyunda 296 qələbə qazanıb, 146 məğlubiyyət görüb və 158 dəfə heç-heçə edib.

Milli.Az