İdman

Keynin qolları "Tottenhem"ə qələbə qazandırdı

Metbuat.az

İngiltərə Premyer Liqasında 7-ci turun görüşləri keçirilir.

"Tottenhem" səfərdə "Haddersfild"i 2-0 hesabı ilə məğlub edib.

Premyer Liqanın turnir cədvəlinə 19 xalla "Mançester Siti" başçılıq edir. Eyni xala malik olan "Liverpul" 2-ci, "Çelsi" 17 xalla 3-cüdür. "Tottenhem"lə "Arsenal" 15 xalla 4-5-ci yerləri bölüşürlər.

"Haddersfild" 0-2 "Tottenhem"
Qollar: Harri Keyn, 25, 34 (pen.)

Milli.Az