İdman

“Fənərbaxça”da 16 illik karyeranın sonu

Metbuat.az

“Fənərbaxça” uzun illər xidmətindən istifadə etdiyi Volkan Dəmirəllə yollarını ayırmaq qərarına gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Bursaspor”dan Harun Təkinin transfer edilməsi ilə elə ilk oyundan komandadakı yerini itirən təcrübəli qapıçı, 16 illik “Fənərbaxça” karyerasını bitirməyə hazırlaşır. 36 yaşlı qapıçıya ABŞ-dan 2 klubun təklif göndərdiyi deyilir. Razılıq əldə olunarsa, Volkan bu ilin qışında Amerikaya transfer olunacaq.

2002-ci ildən bəri “Fənərbaxça”nın “çərçivə”sini qoruyan Volkan, “bülbüllər”lə 5 dəfə çempionluq yaşayıb.