İdman

Ərdoğan: "Türkiyə Avro-2024 ilə bağlı UEFA-dan ədalətli qərar gözləyir"

Metbuat.az

Türkiyə Avro-2024-ün keçirilməsi ilə bağlı UEFA-dan ədalətli qərar gözləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib: "Türkiyə 2024-cü ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün namizədliyini irəli sürüb və UEFA-dan ədalətli qərar gözləyir".

R.T.Ərdoğan bildirib ki, Türkiyə Avro-2024-ün keçirilməsi üçün bütün şərtləri yerinə yetirib.

Xatırladaq ki, sabah UEFA Avro-2024-ə ev sahibliyi edəcək ölkənin adını açıqlayacaq.

Milli.Az