İdman

Əliyar Ağayev Avroliqanın qrup oyununa təyinat aldı

Metbuat.az

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Milli.Az xəbər verir ki, o, sentyabrın 20-də Romadakı Olimpiya Stadionunda keçiriləcək "Latsio" - "Apollon" oyununu idarə edəcək.

"Latsio" (Roma, İtaliya) - "Apollon" (Limassol, Kipr)

20 sentyabr. Roma Olimpiya Stadionu

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov

Dördüncü hakim: Mübariz Haşımov.

Milli.Az