İdman

“El klasiko”nun vaxtı müəyyənləşdi

Metbuat.az

İspaniya La Liqasında 2018/2019 mövsümünün ilk “el klasiko”sunun vaxtı məlum olub.

Publika.az xəbər verir ki, La Liqanın 10-cu turunda “Barselona” doğma meydanda “Real”ı qəbul edəcək. Matç 28 oktyabrda keçiriləcək və saat 19:15-də başlayacaq.

Bu barədə La Liqanın prezidenti Xavyer Tebas məlumat verib.

La Liqada 3 turdan sonra "Barsa" və "Real" hərəyə 9 xal toplayaraq, 1-ci və 2-ci pillədə qərarlaşıb.