İdman
"Beşiktaş" səfərdə büdrədi
Türkiyə Superliqasında 4-cü turun oyunları davam edir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Fənərbağça" və "Qalatasaray"ın xal itirdiyi həftədə "Beşiktaş" da büdrəyib.
Səfərədə "Bursaspor"la görüşən "Qara qartal" meydandan 1 xalla ayrılıb.
Türkiyə Superliqası
IV tur
"Bursaspor" - "Beşiktaş" 1:1
Qollar: Babel, 51 (0:1), Sakhp, 86 (1:1)
Qeyd edək ki, 4 turdan sonra "Beşiktaş" 7 xalla 7-ci yerdədir. 3 xalı olan "Bursaspor" isə 12-ci pillədə qərarlaşıb.
Milli.Az