İdman
Bekhem Zidanı "İnter Mayami"yə baş məşqçisi postuna dəvət edib
İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem fransalı Zinəddin Zidanı sahibi olduğu ABŞ-ın "İnter Mayami" komandasının baş məşqçisi postuna gətirmək istəyir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bekhem İspaniyanın "Real Madrid" komandasında birgə çıxış etdiyi 46 yaşlı mütəxəssisi öz klubunda görməkdə maraqlıdır.
Qeyd edək ki, "İnter Mayami" 2020-ci ildən ABŞ və Kanadanın ən yüksək liqası sayılan MLS-də mübarizə aparacaq. Ötən mövsümün sonunda "Real Madrid"in baş məşqçisi postundan istefa verən Zidan hazırda işsizdir.
Milli.Az