İdman

"Bekhem istəsə, klubunda oynayaram" - Qrizmann

Metbuat.az

"Atletiko"nun futbolçusu Antuan Qrizmann gələcəkdə Devid Bekhemin sahibi olduğu "İnter Mayami"də oynamaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə fransalı yarımmüdafiəçi özü bildirib.  O deyib ki, D.Bekhem istəyəcəyi təqdirdə, MLS liqası təmsilçisində oynaya bilər: "Karyeramı ABŞ-da bitirmək istəyirəm. Bekhem istəsə, gələcəkdə "İnter Mayami"də oynaya bilərəm".

Qeyd edək ki, İngiltərə millisinin sabiq oyunçusu Devid Bekhemin yeni yaratdığı "İnter Mayami" ABŞ və Kanadanın ən yüksək liqası sayılan MLS-də mübarizə aparacaq.

Milli.Az