İdman
"Barselona" müdafiəçisini itirdi - "Atletik"ə qarşı oynamayacaq
İspaniya La Liqasının son 2 turunda xal itkiləri ilə üzləşən "Barselona" daha bir zərbə alıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalonların fransız müdafiəçisi Samuel Umtiti zədələnib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə 24 yaşlı futbolçunun şənbə günü keçiriləçək "Barselona" - "Athletik" matçında iştirak etməyəcəyi bildirilib.
Umtitinin "Barselona"nın Çempionlar Liqasında "Tottenhem"ə qarşı keçirəcəyi oyunda iştirakı da sual altındadır.
Milli.Az