İdman

Bakıda Avroliqanın finalına biletlər bu tarixdən satılacaq

Metbuat.az

2019-cu ildə Bakıda keçiriləcək Avropa Liqasının final oyununa biletlər gələn ilin mart ayında satışa çıxarılacaq.

Axar.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.