Bakı Olimpiya Stadionunda MÜHÜM YENİLİK - FOTO
Bakı Olimpiya Stadionunda (BOS) yeniliklər həyata keçirilib.
Publika.az BOS-un saytına istinadən xəbər verir ki, Milllətlər Liqasının oyunları bu dəfə fərqli əməliyyat protokolları çərçivəsində - UEFA Avropa Liqası 2019 Final oyununun qaydaları əsasında keçiriləcək.
Yekun protokol qaydaları UEFA, AFFA, Yerli Əməliyyat Komitəsi və
Bakı Olimpiya Stadionu tərəfindən nizamlanaraq təsdiq ediləcək və
oyun təşkilatçılığının bütün sahələrində tətbiq ediləcək. Bundan
sonra azarkeşlər və digər müştəri qrupları ( KİV nümayəndələri, VİP
qonaqlar, könüllülər) yeni quraşdırılmış turniketlər vasitəsi ilə
stadiona daxil olacaqlar. Sözügedən avadanlıqların əməliyyat
sistemləri həm bar kodları, həm də radio tezlik
identifikasiyasılarını oxuya biləcək. Turniketlərin məqsədi
biletlərin yoxlanılmasını sürətləndirmək və azarkeşlərin öz bilet
nöqtələrinə daha tez çatmasını təmin etməkdir. Əlilliyi olan
şəxslərin də turniketlər vasitəsi ilə stadiona daxil ola biləcəyi
də bu yeniliklərdəndir.
Ümumilikdə 124 turniket quraşdırılmışdır ki, bunun 110-u ümumi
istifadədə, 4-ü əlilliyi olan şəxslər üçün, qalan 10 turniket isə
VİP zonalardadır.
Əlavə olaraq, girişlərin yerləşməsi də dəyişdirilmişdir. Belə
ki, əvvəllər tamaşaçı girişləri qütblərə uyğun adlanırdısa (Şimal,
Cənub, Şərq və Qərb), indi isə bu yerləşmə rənglərə (qırmızı, göy,
sarı, yaşıl) görə, qapı nömrələri isə 1-dən 22-ə qədər
dəyişəcəkdir. Bu yenilik qonaqların matç və digər tədbirlərdə
stadiona yönəldilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır.
Oturacaqların sayında da dəyişiklik olacaq. Atletika yarışlarında
əlavə olaraq istifadə oluna bilən kamera platformaları azarkeş üçün
oturacaqlarla əvəz edilir.
Jurnalistlər üçün “Miks Zona”-ya giriş ayrı bir qapı vasitəsi ilə həyata keçiriləcək və "eksklüziv" miks-zonada fəaliyyət göstərən jurnalistlərə akkreditasiya üçün əlavə bir etiket təqdim olunacaq.
Yeniliklər Tamaşaçı Xidmətlərinə də təsir edəcək. Beləliklə, Tapıntılar Bürosunun mexanizmi daha zərif olacaqdır. Hər bir maddə Tamaşaçı Xidmətləri nümayəndəsinə köçürüləcək və formaları doldurduqdan sonra stendlərdə olan Tapıntılar Bürosunun ofisinə yerləşdiriləcəkdir. İtən əşyanın sahibləri stadionun nümayəndələrinə 1 həftə ərzində müraciət edə bilərlər. Eyni zamanda itirilən əşyaların siyahısı BOS-un rəsmi kanallarında dərc olunacaq. Bu müddət ərzində əşyanın sahibi tapılmazsa, tapılan əşya protokolu ilə birlikdə paketlənərək təhlükəsizlik xidmətlərinə təqdim ediləcəkdir.
Stadionun ərazisində daimi Tibb Məntəqəsi də faəliyyət göstərir.