Azərbaycan klubu Çempionlar Liqası üçün iştirak ərizəsini açıqladı
Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edəcək "Araz" klubu oyunçularının ilkin siyahısını UEFA-ya göndərib.
Milli.Az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva siyahıya 16 futzalçının adını daxil edib. Onlardan 3-ü qapıçıdır:
Qapıçılar: 12. Rövşən Hüseynli, 1. Emin Kürdov, 16. Vladislav Reznov
Oyunçular: 17. İsa Atayev, 11. Xətai Bağırov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 15. Adəm Həbibov, 19. Samir Həmzəyev, 3. Ruzigar İbrahimzadə, 14. Elşən İbramxəlilov, 2. Adil İsmayılov, 10. Nihad İsmayılov, 20. Kənan Manafov, 13. Emin Mikayılov, 9. Oktay Rüstəmli
Qeyd edək ki, əsas qrup mərhələsi çərçivəsində təmsilçimiz Slovakiyada meydan sahibləri ilə bərabər, Litva və Malta çempionuna qarşı mübarizə aparacaq. Oyunların təqvimini diqqətinizə çatdırırıq:
Araz - Vytis (Litva)
3 oktyabr. Sportova hala Arena. Saat 17:30
Valletta (Malta) - Araz
4 oktyabr. Sportova hala Arena. Saat 17:30
Araz - Luçenec (Slovakiya)
6 oktyabr. Sportova hala Arena. Saat 20:00
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. Canlı yayımla əlaqədar başlama saatı dəyişdirilə bilər.
Milli.Az