İdman

Artıq gözləmək istəmirəm - Prandelli

Metbuat.az

"Qalatasaray"ın keçmiş baş məşqçisi Çezare Prandelli yenidən İtaliyada çalışmaq istədiyini açıqlayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, klub axtardığını ifadə edən italiyalı mütəxəssis, A Seriyasında işləmək istədiyini deyib:

"Yenidən başlamaq üçün çox həvəsli və istəkliyəm. Artıq gözləmək istəmirəm. Yaxşı fikirlərini mənimlə paylaşacaq klub prezidenti tapmaq istəyirəm".

61 yaşlı məşqçi ölkə xaricindəki karyerasında dil problemi yaşadığını deyib:

"Ölkə xaricindəki təcrübələrim qazandığım biliklər baxımından vacib idi, lakin dillə bağlı bəzi problemlər yaşadım. Artıq A Seriyasına qayıtmaq istəyirəm".

Prandelli İtaliya millisi, " Qalatasaray", "Valensiya" və "Əl Nəsr" kimi klublarda işləyib.

Milli.Az