İdman
"Arsenal" "Qarabağ"la oyun öncəsi əsas qapıçısını itirdi
Londonun “Arsenal” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la görüş öncəsi ciddi itki ilə üzləşib.
Publika.az xəbər verir ki, dünən ingiltərə çempionatı çərçivəsində “Uotford”la keçirilən görüşdə komandanın əsas qapıçısı Petr Çex zədələnib. Çexiyalı qolkiperin ciddi zədələndiyi və qarşıdakı bir neçə həftədə meydana çıxa bilməyəcəyi məlum olub.
36 yaşlı çexiyalı qapıçının 4 gün sonra Bakıda "Qarabağ"la oyunu buraxacağı gözlənilir.