İdman

“Arsenal”dan Bakı səfəri öncəsi ardıcıl yeddinci qələbə

Metbuat.az

İngiltərənin "Arsenal" komandası Bakıya qələbə ilə gələcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Avropa Liqasının II turunun "Qarabağ"la səfər görüşü öncəsi London təmsilçisi Premyer Liqada "Uotford"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Qollar son dəqiqələrdə vurulub. 81-ci dəqiqədə qonaqlar öz qapısına yol tapıb. Bundan iki dəqiqə sonra Məsut Özil fərqi ikiyə çatdırıb.

Bununla da "Arsenal" ardıcıl yeddinci qələbəsini qazanıb. Komanda sonuncu dəfə avqustun 18-də keçirilmiş Premyer Liqanın II turunda əzəli rəqibi "Çelsi"yə uduzub (2:3).

Bu nəticə ilə Unai Emerinin yetirmələri turnir cədvəlində də irəliləyib. Xalını 15-ə yüksəldən "Arsenal" məhz "Uotford"u qabaqlayaraq V pilləyə yüksəlib.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" görüşü saat 20:55-də başlayacaq.

Milli.Az