İdman
AFFA-dan "Qarabağ"ın BOS-da oynaması ilə bağlı rəsmi açıqlama: "Bu, klubun seçimi oldu"
AFFA-nın baş katibi Elxan Məmmədov "Qarabağ"ın Avropa Liqasında qrup mərhələsində ev matçlarını Bakı Olimpiya Stadionunda keçirməsinə rəsmi münasibət bildirib.
Milli.Az sport24-ə istinadən xəbər verir ki, qurum rəsmisi bu seçimin kluba məxsus olduğunu bəyan edib: "Qarabağ" rəhbərliyi bizimlə məsləhətləşdilər və müsbət cavab verdik. Ancaq bu məsələ klubla stadion rəhbərlyi arasında həl olunub. Qrup mərhələsi elədi ki, ən yaxşı stadionda oynamaq istəyirsən".
Xatırladaq ki, "Qarabağ" qrupda ilk ev matçını oktyabrın 4-də London "Arsenal"ıyla keçirəcək.
Milli.Az