İdman

2020-ci il martın 11-də bütün dünyanın gözü Tokioda olacaq

Metbuat.az

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq.

Publika.az xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.

Mərasim Yaponiyanın şimal-şərqində baş verən zəlzələ və sunaminin 9-cu ildönümünə həsr olunacaq. 2011-ci il martın 11-də baş verən təbii fəlakət nəticəsində 19 minə yaxın insan həyatını itirib.

Yunanıstanda alovlandırılacaq məşəl sonra Yaponiyaya aparılacaq və burada 2011-ci il faciəsindən ən çox zərər çəkən Fukuşima, İvate və Miyaqi prefekturalarında nümayiş olunacaq. Olimpiya məşəli estafetinin Yaponiyaya mərhələsi Fukuşimada başlayacaq və alov bütün ölkə üzrə 121 gün ərzində səyahət edəcək.