İdman
Zabit Səmədov yubiley qələbəsini qazandı
Qroznıda Çeçen Respublikasının birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr edilən kikboksinq üzrə Beynəlxalq turnir keçirilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 95 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən azərbaycanlı döyüşçü Zabit Səmədov fransalı Brays Qvidonla üz-üzə gəlib. Üç raundun yekununa görə hakimlər qələbəni həmyerlimizə veriblər.
Qeyd edək ki, bu, azərbaycanlı döyüşçünün peşəkar rinqdə 100-cü qələbəsidir.
Milli.Az