İdman
Yunanıstanda ingilis azarkeş bıçaqlandı
İngiltərənin "Burnley" komandasının azarkeşləri "Olimpiacos"a qarşı futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu izləmək üçün getdikləri Yunanıstanda hücuma məruz qalıblar.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, fanatlardan biri bıçaq yarası alıb. Daha dörd nəfərə isə bədən xəsarətləri yetirilib. Onlara oyundan əvvəl hücum edilib. Zərərçəkənlərə stadionda yardım göstərilib.
Qarşılaşmanı "Burnley"in 900-dək azarkeşi izləyib. Hazırda İngiltərə klubu Yunanıstan polisi və "Olimpiacos"la birgə hadisənin araşdırıması ilə məşğul olur.
Qeyd edək ki, görüş "Olimpiacos"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli.Az