İdman

Türkiyə Super Liqasının oyunları canlı yayımlanacaq - bu kanalda

Metbuat.az

Rumıniyanın "Look Tv Plus" telekanalı Türkiyə Super Liqasının matçlarını canlı yayımlayacaq.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, kanal 10 avqust tarixindən etibarən start götürəcək Super Liqanın həftəsonu keçiriləcək 4 qarşılaşmasını canlı verəcək. Bu barədə kanalın rəsmi saytı məlumat yayıb.

Bir müddət əvvəl Azərbaycanın "CBC Sport" telekanalı Türkiyə Super Liqasının oyunlarını yayımlamaq üçün cəhd etmiş, lakin matçların yayım hüququna sahib ola bilməmişdi.

Milli.Az