İdman

Türkiyə millisinin üzvü İspaniya klubunda - 2,5 milyon avro...

Metbuat.az

Türkiyə millisinin üzvü Sərdar Gürlər karyerasını İspaniyada davam etdirəcək. 

Milli.Az xəbər verir ki, "Osmanlıspor"un futbolçusu La Liqa təmsilçisi "Hueska" ilə anlaşıb.  26 yaşlı cinah hücumçusu yeni klubu ilə 4 illik sözləşmə imzalayacaq. "Hueska" bu transferə görə "Osmanlıspor"a 2,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Gürlər Fransanın "Soşo" klubunun yetirməsidir.  O, karyerası ərzində "Elazığspor", "Trabzonspor", "Kayseri Ərciyəsspor" və "Gənclərbirliyi" kimi komandalarda forma geyinib. Futbolçu Türkiyə millisinin heyətində 2 rəsmi matçda iştirak edib.  

Milli.Az